"Kəpəz" rəhbərliyində yeni təyinatlar

15:50 - 6 Mart 2026

“Kəpəz” PFK-da struktur dəyişikliyi həyata keçirilib.

Sportal.az xəbər verir ki, klubun İnfrastruktur rəhbəri Ruslan Məmmədov İcraçı direktor vəzifəsinə təyin olunub. Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Akademiyanın administratoru Fərid Heydərov isə İnfrastruktur meneceri kimi fəaliyyət göstərəcək.


Xəbər xətti