"Onu mövsümün kəşfi adlandırmaq olar" - "Sabah"ın gənc ulduzu barədə

00:37 - 7 Mart 2026

ATV-də yayımlanan "Futbolumuz" verilişində "Sabah"ın gənc ulduzu Aaron Maluda haqqında danışılıb.

Sportal.az xəbər verir ki, verilişdə qeyd olunub ki, Maluda mövsümün kəşfi adlandırıla bilər. Çıxışı ilə göz oxşayan 20 yaşlı futbolçu bu mövsüm 6 qolla komandasının heyətində ən çox fərqlənən 3-cü futbolçudur. 

Xatırladaq ki, "Sabah" mövsümün əvvəlində "Lill"dən icarəyə götürdüyü fransalı vingerin transfer hüququna tam olaraq yiyələnib. Belə ki, "bayquşlar" Maludaya görə Fransa klubuna 150 min avro (197 min manat) ödəniş edib.

Verilişin Maluda haqqında olan hissəsini təqdim edirik.

Xəbər xətti