Robert Levandovski Harri Keynin Bundesliqadakı məhsuldarlığı və rekordlar barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, polşalı futbolçu 2020/21 mövsümündə 29 oyunda 41 qol vurmuşdu. Hazırda Keyn 24 oyunda 30 qola sahibdir.
“Harry çox qol vurur. O, əslində çox yaxşı oynayır və möhtəşəm çıxış edir. Onun sayəsində mən rekordumla daha da fəxr edə bilirəm.
Mən rekordumu 29 oyunda qırdığımı görmüşdüm. Əgər 34 oyun keçirsəydim, düşünürəm ki, daha çox qol vurardım.” – deyə sabiq "Bavariya" hücumçusu "Sky Sport Deutschland"a müsahibəsində bildirib.
saytlarin hazirlanmasi
