"Liverpul" Rayan Qravenberxin müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Niderland millisinin üzvü ilə uzunmüddətli sözləşmə imzalandığı qeyd olunub. Futbolçunun əvvəlki nüqaviləsinin müddəti 2028-ci ilin yayına kimi idi.
Qeyd edək ki, "Liverpul" Rayan Qravenberxi 2023-cü ilin yayında 2023-cü ilin yayında "Bavariya"dan 40 milyon avroya transfer edib. 23 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
