"Roma"da ciddi itki - 1 ay oynamayacaq

20:24 - 7 Mart 2026

İtaliyanın "Roma" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Paulo Dibala sıradan çıxıb.

Argentinalı futbolçu dizində olan zədəyə görə əməliyyat olunub. 32 yaşlı forvard 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir. Argentina millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti