"Çelsi" "Milan"a 40 milyon avro təklif edəcək

20:19 - 23 Mart 2026

"Milan"ın müdafiəçisi Strahinya Pavloviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" serbiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

London klubu 24 yaşlı mərkəz müdafiəçisi üçün 40 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Milan" Strahinya Pavloviçi 2024-cü ilin yayında "Zalzburq"dan 18,5 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti