Portuqaliya U-21 yığma komandasının baş məşqçisi Luis Freyre AVRO- 2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunun Azərbaycanla görüşündən əvvəl heyətinə daha bir oyunçu əlavə edib.
Sportal.az xəbər verir ki, “Vitoriya”nın yarımmüdafiəçisi Migel Noqeyra artıq qarşıdakı oyuna hazırlaşan Portuqaliya yığmasına qoşulub. Əvvəllər heyətə 23 oyunçu dəvət olunmuşdu.
Azərbaycan - Portuqaliya matçı martın 27-də Bakıdakı “Palms Sports Arena”sında keçiriləcək və görüşə 15:00-da start veriləcək.
saytlarin hazirlanmasi
