Qurban Qurbanov onu "Qarabağ"dan göndərməyə hazırlaşır - SON DƏQİQƏ

21:22 - 24 Mart 2026

"Qarabağ" ötən ilin iyununda sıralarına qatdığı Dani Boltla vidalaşmağın yollarını axtarır.

Sportal.az "sportinfo.az" saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Qurban Qurbanovun gələcək planlarından kənarda qalıb.

Baş məşqçi "sambaçı"nı yayda düşərgədən göndərməyi düşdündüyü "qara siyahı"ya daxil edib.

Mövsümün gedişində vaxtını daha çox ehtiyat skamyada keçirən, yalnız Premyer Liqa oyunlarında ara-sıra şans qazanan, Bəhlul Mustafazadənin ağır zədə almasından sonra əsas heyətdə ilk "11-lik"də yer alan Bolt təcrübəli mütəxəssisdə müsbət fikir yaratmayıb.

Ağdam təmsilçisi onu Portuqaliyanın I Liina təmsilçisi “Torrense”dən gətirib. 26 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb.

Sağ cinah müdafiəçisi 2024-2025-ci illərdə formasını geyindiyi “Torrense”yə qədər Braziliyada çıxış edib. Yetirməsi olduğu “Fluminense”nin, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.

Xəbər xətti