Avropa Liqası: "Aston Villa" və "Braqa" yarımfinalda - GÜNÜN NƏTİCƏLƏRİ

00:55 - 17 Aprel 2026

Bu gün UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub.

Sportal.az xəbər verir ki, turnirin favoritlərindən olan "Aston Villa" "Bolonya"nı qəbul edib. Meydan sahibləri qələbə qazanaraq adını yarımfinala yazdırmağı bacarıb.

"Porto" isə "Nottingem Forest"in qonağı olub. Burada qonaqlar 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmalı olub.

UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları

16 aprel

20:45 "Selta" – "Frayburq" 1:3
İlk oyun 0:3

23:00 "Aston Villa" – "Bolonya" 4:0
İlk oyun 3:1

23:00 "Betis" – "Braqa" 2:4
İlk oyun 1:1

23:00 "Nottingem" – "Porto" 1:0
İlk oyun 1:1

Xəbər xətti