"Hakimlərə rüşvət verən klubla əlaqəmin olmasını istəmirəm" - "Real"ın prezidenti

13:48 - 14 May 2026

“Real”ın prezidenti Florentino Peres “Barselona”nın hakimlərlə münasibətlərindən bəhs edib.

Sportal.az “El Chiringuito”ya istinadən xəbər verir ki, klub rəhbəri onlarla münasibətinin olmasını istəmədiyini bildirib: 

"20 ildir hakimlərə rüşvət verən bir klubla heç bir əlaqəmin olmasını istəmirəm. Neqreyra işi kimi ciddi bir işdə ədalətin zəfər çalmasını istəyirəm, başqa heç nə".

Qeyd edək ki, iki gün öncə keçirilən mətbuat konfransında Peres həmçinin "Blaugrana" ilə Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Neqreyra arasındakı əməkdaşlığın korrupsiya xarakterini qeyd etmişdi.

O, həmçinin iş üzrə müvafiq sənədlərin UEFA-ya təqdim edildiyini açıqlayıb.

Xəbər xətti