"Liverpul"un müdafiəçisini "Yuventus" da istəyir

10:55 - 26 May 2026

“Liverpul”un müdafiəçisi Endryu Robertson “Yuventus”un maraq dairəsindədir.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, Turin təmsilçisi 32 yaşlı futbolçunun mümkün transferi ilə bağlı araşdırma aparır. Robertson bu yay "Liverpul"u azad agent kimi tərk edəcək.

Şotlandiyalı futbolçunun “Tottenhem”ə keçmək ehtimalı da yüksək idi. London klubu artıq oyunçu ilə şəxsi müqavilə ilə bağlı şifahi razılığa gəlib. Amma dünya çempionatından sonra Robertsonun hansı klubu seçəcəyi dəqiqləşəcək.

Xəbər xətti