Bir müddət əvvəl "Neftçi"nin millimizin üzvü Ayxan Hüseynovun transferinə çalışması barədə xəbər vermişdik.
Sportal.az saytının əldə etdiyi məlumata görə, "Neftçi" daha bir yerli futbolçuya maraq göstərir. Bu, "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadədir. Lakin Abdullazadənin məsələsi Hüseynovla müqayisədə fərqlidir. "Turan Tovuz"la müqaviləsi başa çatan Ayxanı azad agent statusu ilə transfer etmək mümkündür. Səbuhi Abdullazadənin isə hələ gələn mövsümün sonuna qədər "Sumqayıt"la müqaviləsi var. Buna görə də, ilk növbədə klublar bu keçidi öz aralarında razılaşdırmalıdır.
Qeyd edək ki, "Neftçi" bir müddət əvvəl "Şamaxı"dan ayrılan Rüfət Abbasovun transferini açıqlayıb.
saytlarin hazirlanmasi
