"Zirə"dən ayrılan futbolçu iki klubun MARAQ DAİRƏSİNDƏ

19:30 - 1 İyun 2026

“Zirə”dən ayrılan Ceyhun Nuriyev karyerasını “Qəbələ”də davam etdirə bilər.

Sportal.az Futbolpress.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi artıq oyunçuya ilk təklifini edib. “Sumqayıt”ın da diqqət mərkəzində olan yarımmüdafiəçi qərar verməyə tələsmir.

Nuriyev 2024-cü ildən “Zirə”də çıxış edirdi. O, daha əvvəl 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib.

25 yaşlı futbolçu Azərbaycan millisində 13 oyuna çıxıb.

Xəbər xətti