Arteta "Arsenal"dan illik 20 milyon funt-sterlinq maaş tələb edir

21:44 - 1 İyun 2026

​"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubla illik maaşı ən azı 20 milyon funt-sterlinq olan yeni müqavilə imzalamağa ümid edir.

Sportal.az xəbər verir ki, bonuslarla birlikdə bu məbləğ 25 milyona qədər yüksələ bilər. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

​İspaniyalı mütəxəssisin hazırkı müqaviləsi ona mövsümə təxminən 12 milyon funt-sterlinq, bonuslar nəzərə alınmaqla isə 15 milyona qədər gəlir gətirir. Qeyd olunur ki, Arteta hələ yanvarda klub rəhbərliyinə yeni sözləşmənin maliyyə şərtlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq istədiyini bildirib.

​London klubu Arteta ilə yanaşı, Deklan Rays və Vilyam Saliba ilə də yeni sözləşmə imzalamağı planlaşdırır. 

​Qeyd edək ki, "Arsenal" 2025/26 mövsümündə Premyer Liqanın qalibi olub və Çempionlar Liqasının finalına yüksəlib. London təmsilçisi finalda PSJ-yə penaltilər seriyasında məğlub olub.

Xəbər xətti