"Turan Tovuz" klubu heyətini rusiyalı qapıçı ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi Yeqor Baburini transfer etmək niyyətindədir. 32 yaşlı qolkiperin son klubu "Volqa" (Ulyanovsk) olub. O, burada Rusiya Birinci Divizionunda 11 oyunda iştirak edib.
Baburin "Zenit" akademiyasının yetirməsidir. Təcrübəli qapıçı karyerası ərzində həmçinin "Rubin", "Rostov", "Krasnodar" və "Torpedo" (Moskva) klublarında çıxış edib.
Transfer baş tutacağı təqdirdə, Baburin yeni mövsümdə “Turan Tovuz”un qapısını qoruyacaq.(İdmanxeber.az)
saytlarin hazirlanmasi
