Mançini Qətər klubundan rəsmən ayrıldı - İtaliya millisini çalışdıracaq?

23:51 - 13 İyun 2026

Roberto Mançini Qətərin "Əl-Sədd" klubundan ayrılıb və tərəflər rəsmi şəkildə əməkdaşlığın başa çatdığını elan ediblər.

Sportal.az xəbər verir ki, klubun açıqlamasında Mançininin qısa, amma dəyərli bir dövr keçirdiyi qeyd olunub və ona gələcək karyerasında uğurlar arzulanıb.

Məlumatlara görə, İtaliya millisi baş məşqçi postu üçün əsas namizəd yenidən məhz Mançini hesab olunur. İnsayder Fabritsio Romano bildirir ki, italiyalı mütəxəssis artıq ilkin razılıq verib və İtaliya Futbol Federasiyasının yekun qərarını gözləyir.

Mançini daha əvvəl İtaliya millisində çalışıb və komandanı Avro-2020 qalibiyyətinə aparıb. Hazırda onun mümkün qayıdışı İtaliya futbolunda ən çox müzakirə olunan mövzulardan biridir.

Xəbər xətti