"Kəpəz" qapıçısı ilə yollarını ayırdı

14:59 - 15 İyun 2026

"Kəpəz" qapıçı Məmməd Hüseynovla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı qolkiperin klubla müqaviləsi başa çatıb.

Qeyd edək ki, 2024-cü ilin yayında "Kəpəz"ə qoşulan Məmməd Hüseynov ötən mövsüm Misli Premyer Liqasında 7 matçda meydana çıxıb.


Xəbər xətti