"Kəpəz"dən ayrılan qolkiper "Şəfa"da - RƏSMİ

15:36 - 15 İyun 2026

“Şəfa” növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Məmməd Hüseynovu heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

“Qarabağ”ın yetirməsi olan Məmməd Hüseynov son olaraq “Kəpəz”də çıxış edib. O, eyni zamanda “Zirə”nin də formasını geyinib.

Xəbər xətti