“Şahdağ Qusar” növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Ravil Qafarovla müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçunun müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Ravilin son klubu “Şamaxı” olub. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvüdür.
saytlarin hazirlanmasi
