"Qarabağ"ın rəqibi qalib gəldi

09:19 - 18 İyun 2026

Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Vestri" İslandiya 1-ci liqasında növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Ağdam klubunun rəqibi "Aeqir"lə üz-üzə gəlib.

Qarşılaşma "Vestri"nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Vestri" 16 xalla 4-cü pillədədir.

"Qarabağ" islandlarla ilk oyunu iyulun 9-da Bakıda keçirəcək. Cavab qarşılaşması 16-da səfərdə baş tutacaq.

Xəbər xətti