"Turan Tovuz"un kapitanı Faiq Hacıyev Sportal.az saytına müsahibə verib.
- "Turan Tovuz" artıq hazırlıqlara başlayıb. Hazırda toplanış necə gedir?
- Bəli, təlim-məşq toplanışına başlamışıq. Əslində, hər şey avrokuboklara görə planlaşdırılmışdı. Ancaq çox üzücü xəbəri aldıqdan sonra planda dəyişikliklər oldu. Məşqləri də dayandırmışıq.
- Komanda avrokuboklara buraxılmadı. Bunun şokundan ayılıb komanda, futbolçular? Yəqin ki, bu cür qadağa olacağını bilmirdiniz...
- Bu xəbəri üç gündür ki, almışıq. Bizim üçün həqiqətən də şok oldu. Başda Ehtiram Quliyev olmaqla, hər kəs çox çalışdıq. Biz stadionda olduğu kimi, stadiondan kənarda da qalib gəlmək üçün əlimizdən gələni etdik. Ancaq olmadı. Qismət deyilmiş. Hər şeyi tez unudub, daha yaxşı "Turan Tovuz"u hər kəsə göstərəcəyik.
- Başa çatan mövsüm çox mübarizə apardınız, gərginlik də yüksək idi. Ondan sonra bu cür qadağanın olması sizin üçün ikiqat təsiri oldu yəqin? Daha çox hansı məqama görə üzüldünüz?
- Üzüləcək məqam illərin əziyyətinin bir anda bu cür əlimizdən alınması oldu. Hər kəsin əziyyət təri bu cür kənara atılmamalıydı.
- "Turan Tovuz"un əvəzinə avrokuboklara "Zirə"nin getməsi sanki daha çox azarkeşləri qıcıqlandırdı. Bu barədə nə düşünürsən? Səncə, "Turan Tovuz" azarkeşlərinin "Zirə"yə bu qədər qıcıqlı olmasının səbəbi nədirki?
- Bu barədə nəsə deməyim düzgün olmazdı. "Zirə"yə uğurlar arzulayıram. Allah qoysa, ölkəmizi layiqincə təmsil edəcəklər.
- "Turan Tovuz"un avrokuboklara getməsi sənin hansısa planlarına təsir etdi? Təkliflərin olduğunu bilirdik. Bəlkə avrokuboklara görə komandada qalmaq qərarı vermişdin? Yoxsa, istənilən halda, "Turan Tovuz"da qalacaqdın?
- Bəli, təkliflərim var idi. Amma təkcə avrokuboklara görə yox, "Turan Tovuz"un mənə doğma olması əsas məsələlərdən biri idi. Bu komanda üçün hər zaman mübarizə aparmaq istəyirəm.
- Yeni mövsüm də avrokuboklar üçün oynayacaqsız? Yəni bu baş verənlər sizi həvəsdən salmayacaq yəqinki?
- İndi daha da məsuliyyətli və daha da istəkli olacağıq. Heç bir şey bizi həvəsdən sala bilməz. Belə şeylər bizi daha da gücləndirməlidir.
Mirbağırağa
saytlarin hazirlanmasi
