"Qarabağ" hücumçusu Kamilo Duran üçün bu yay bir neçə təklif alıb.
Sportal.az saytına verilən məlumata görə, kolumbiyalı forvard üçün Avropa və Asiya klublarından təkliflər alan Ağdam təmsilçisi onu buraxmaq istəməyib.
Belə ki, Qurban Qurbanov Duranın komandadan gedişinə razı olmayıb. Futbolçu "Qarabağ"ın oyun sistemində önəmli rol oynadığı üçün hələ bir neçə il komandada qalacaq.
24 yaşlı hücumçunun “Qarabağ”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, 2025-ci il avqust ayından Ağdam klubunda oynayır. Duran “Lusitania”, “Eştrela Amadora”, “Portimonense” klublarında çıxış edib.
