"Borussiya"nın futbolçusu Kərim Adeyemi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" almaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi 24 yaşlı oyunçu üçün Bundesliqa klubuna 25 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Borussiya" Kərim Adeyemini 2022-ci ilin yayında "Zaltsburq"dan 30 milyon avroya transfer edib. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin 30 iyun tarixində başa çatır.
saytlarin hazirlanmasi
