"Milan"dan 50 milyon avroluq hücumçu transferi

21:14 - 26 İyun 2026

"Milan" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi PSJ-də çıxış edən Qonsalu Ramuşun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Milan" portuqaliyalı forvard üçün Fransa klubuna 50 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Qonsalu Ramuş 2023-cü ilin yayında "Benfika"dan PSJ-yə keçib. Portuqaliya millisinin üzvü olan 25 yaşlı forvard 2025/26 mövsümündə Paris təmsilçisinin heyətində keçirdiyi 45 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti