"Dünya çempionatının atmosferini görəndə anlayıram ki, mən də bunu yaşamaq istəyirəm" - milli komandada işləmək ehtimalından danışdı

23:23 - 26 İyun 2026

Joze Mourinho milli komandada işləməyin onu cəlb edib-etmədiyi ilə bağlı sualı cavablandırıb.

Sportal.az xəbər verir ki, Mourinyo "Beast Mode On Podcast"a müsahibəsində bunları qeyd edib:

“Klub futbolu mənim təbii mühitimdir. Hər gün məşqlər, həftədə üç oyun... Futbolçuların yanında olmaq, onlarla işləmək, onları anlamaq, onlarla mübarizə aparmaq, qucaqlamaq, öpmək, lazım gələndə təkan vermək. Düşünürəm ki, mənim əsl ünsürüm budur.

Amma dünya çempionatının, hətta Avropa çempionatının atmosferini görəndə başa düşürəm ki, bu da məşğul olmaq istədiyim işdir. Və bir gün bunu mütləq edəcəyəm”.

Xəbər xətti