Keçmiş "Mançester Yunayted" müdafiəçisi Rio Ferdinand hesab edir ki, klub "Real"ın yarımmüdafiəçisi Aurelien Tçuamenini transfer etməyə çalışmalıdır.
Sportal.az xəbər verir ki, Ferdinand özünün YouTube kanalında maraqlı faktlara toxunub:
“Joze Mourinyonun "Real"a gəlişi ilə bağlı mənim üçün əsas sual budur: "Mançester Yunayted" Tçuamenini transfer edə biləcəkmi? Onun haqqında daim söhbətlər eşidirəm. Əgər klubun Kasemironu əvəz edəcək yarımmüdafiəçini transfer etmək imkanı olsaydı, mənim siyahımda ilk sırada Tçuameni olardı.
Bilirsiniz, mən özüm də demişdim ki, Joze Tçuameni ilə Federiko Valverdeni barışdırmalı və hər ikisini "Real"da saxlamalıdır. Amma Tçuameninin klubdan ayrılmaq üçün ən kiçik imkanı olsa belə, "Mançester Yunayted" onun qapısını ilk döyən klub olmalı və başqa kiminləsə danışmağa macal tapmamış transferi həll etməlidir. Bu keçid mümkün qədər tez baş tutmalıdır”.
saytlarin hazirlanmasi
