Konte milli komandanın baş məşqçisi olmağa yaxındır

11:52 - 27 İyun 2026

Antonio Konte yaxın vaxtlarda İtaliya milli komandasının yeni baş məşqçisi təyin oluna bilər.

Sportal.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

İtaliya Futbol Federasiyasının yeni prezidenti Covanni Malaqo 56 yaşlı mütəxəssisin namizədliyini uzunmüddətli layihənin bir hissəsi kimi nəzərdən keçirir. Konte ilə İspaniya, Portuqaliya və Mərakeşin ev sahibliyi edəcəyi dünya çempionatına qədər olan dövrü əhatə edəcək, 2030-cu ilin yayına qədər müqavilə imzalanacağı gözlənilir.

​Məşqçinin əsas vəzifələrindən biri növbəti dünya çempionatına qədər rəqabətədavamlı bir komanda formalaşdırmaq olacaq.

​Xatırladaq ki, Konte bu yaxınlarda 2024-cü ilin iyulundan çalışdırdığı "Napoli"dən ayrılıb. Komanda onun rəhbərliyi altında 91 oyun keçirib. Neapol təmsilçisi bu matçlarda 54 qələbə qazanıb, 19 heç-heçə edib, 18 dəfə məğlub olub. Komanda Konte ilə iki titul - A Seriyasının çempionluğu (2024/25) və İtaliya Superkubokunu (2025/26) qazanıb. 56 yaşlı məşqçi daha əvvəl 2014-2016-cı illərdə də İtaliya millisinə rəhbərlik edib.

Xəbər xətti