Belçika millisinin tarixinə düşdü

17:59 - 27 İyun 2026

Kevin De Bruyne DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunun Yeni Zelandiya ilə matçında unikal rekord müəyyənləşdirərək, adını Belçika milli komandasının tarixinə yazdırıb.

Sportal.az xəbər verir ki, ​34 yaşlı futbolçu belçikalıların 5:1 hesablı inamlı qələbəsi ilə başa çatan görüşün 66-cı dəqiqəsində fərqlənib. Bu qol De Bruyne üçün tarixi əhəmiyyət daşıyır.

​"Qırmızı şeytanlar"ın hücumameyilli yarımmüdafiəçisi yığmanın tarixində üç fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub. O, bundan əvvəl 2014 və 2018-ci il dünya mundiallarının hərəsində bir dəfə fərqlənmişdisə, indi kolleksiyasına 2026-cı il turnirində vurduğu qolu da əlavə edib.

Xəbər xətti