“Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Karagümrük"lə qarşılaşıb. Matç "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmilçisinin heyətində yeganə qolu George Papunaşvili vurub.
Qeyd edək ki, “Zirə” Boludakı ilk matçında Özbəkistan “Navbahor”una 1:3, ikinci matçında Türkiyə təmsilçisi "Igdır"a 3:4 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi
