Sandro Tonali "Tottenhem"ə keçməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, "Nyukasl" və "Tottenhem" 26 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı razılığa gəlib. Müqaviləyə əsasən, London klubu 92,5 milyon funt-sterlinq əsas ödəniş edəcək. Bundan əlavə, "Tottenhem"in bir neçə dəfə UEFA Çempionlar Lİqasına vəsiqə qazanacağı təqdirdə ödəniləcək 7,5 milyon funt-sterlinq bonus da nəzərdə tutulub.
Beləliklə, Tonali "Tottenhem" tarixinin ən bahalı transferi olacaq. Klubun əvvəlki transfer rekordu 2024-cü ildə Dominik Solankenin "Bornmut"dan 65 milyon funt-sterlinq qarşılığında alınması zamanı qeydə alınmışdı.
Bundan başqa, London təmsilçisi Mateuş Fernandesi "Vest Hem"dən 85 milyon funta transfer etməyə də yaxındır.
saytlarin hazirlanmasi
