Morten Yulmand karyerasını "Atletiko"da davam etdirə bilər.
Sportal.az "As" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 27 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan və daha bir il uzadılması opsiyası olan müqavilənin şərtlərini artıq razılaşdırıb.
"Sportinq" futbolçu üçün təxminən 60 milyon avro tələb edir. Lakin "Atletiko"nun idman direktoru Mateu Alemani bu məbləğin aşağı salınmasına çalışır. Hesab olunur ki, yekunda transfer bonuslar da daxil olmaqla təxminən 45 milyon avroya başa gələ bilər.
Yulmand ötən mövsüm ölkə çempionatında 27 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
