"Komandamızda kifayət qədər dəyişikliklər edilib" - Qurban Qurbanov

01:11 - 2 İyul 2026

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışında "Metallist 1925" (Ukrayna) və “Ferentsvaroş”la (Macarıstan) keçirilən görüşlər haqqında danışıb.

Sportal.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları qeyd edib:

“Bu gün iki oyun keçirdik. “Metallist 1925"lə matçda daha çox gənc futbolçular çıxış etdilər. Maraqlı, dinamik mübarizə oldu. Xeyli sayda qol epizodları yaratdıq. Günün ikinci matçındakı rəqibimiz “Ferentsvaroş” da çox yaxşı kollektiv idi. Ümumilikdə öz planımız üzrə hazırlaşdıq. Pis alındığını deyə bilmərəm. Təbii ki, bir neçə gün vaxtımız olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Komandamızda kifayət qədər dəyişikliklər edilib. Oyunçuların bir yerdə olmalarına ehtiyac var idi. Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi. Oyun planı üzərində çalışmağa davam edəcəyik. Ümumilikdə yaxşı hazırlıq alındı. Futbolçuların bir neçə günlük istirahətə ehtiyacları var. Qarşıda çox vacib oyunlar olacaq. Oyunçuları bu müddətdə yaxşı idman formasına salmağa çalışacağıq”.

Xatırladaq ki, "Qarabağ" "Metallist 1925"ə 2:6, "Ferentsvaroş"a isə 0:1 hesabı ilə uduzub.

Xəbər xətti