Portuqaliya matçıöncəsi İspaniya yığmasının vingeri məşqlərə başladı, amma...

00:05 - 6 İyul 2026

İspaniya millisinin vingeri Niko Uilyams yenidən komanda ilə birgə məşqlərə başlayıb.

Sportal.az xəbər verir ki, futbolçu DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Urugvay yığması ilə oyunda (1:0) zədələnmişdi və buna görə də 1/16 finalda Avstriyaya qarşı keçirilən matçı (3:0) buraxmışdı.

Məlumata görə, Uilyams artıq bərpa olunub və oynamağa hazırdır. "Atletik"in futbolçusu Portuqaliya ilə 1/8 final oyunu üçün İspaniya millisinin heyətində yer alacaq, lakin matça ehtiyat oyunçular skamyasından başlayacaq.

Xəbər xətti