Bazoumana Ture "Nyukasl" klubuna transfer olunub.
Sportal.az xəbər verir ki, 20 yaşlı vinger İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb. Məlumata görə, transferin məbləği 50 milyon avro təşkil edib. Bundan əlavə, "Hoffenhaym" futbolçunun gələcək satışından da müəyyən faiz əldə edəcək.
Bu keçid Hoffenhaym tarixinin ən böyük transfer satışı olub.
Turе ötən mövsüm Bundesliqada 30 oyunda meydana çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə verərək komandasının ən yaxşı assistenti olub.
saytlarin hazirlanmasi
