“Neftçi”nin sabiq futbolçusu geri qayıda bilər – Premyer Liqanın başqa klubuna təklif edilib

10:49 - 6 İyul 2026

“Neftçi”nin heyətində çıxış etmiş Andre Şinyaşiki yenidən Azərbaycan Premyer Liqasında oynaya bilər.

Sportal.az saytına verilən məlumata görə, braziliyalı hücumçunun xidmətində maraqlı olan klublar var.

Belə ki, Şinyaşiki “Zirə”yə təklif edilib. 29 yaşlı vinger özü ölkəmizə geri qayıtmağa, “Zirə”də oynamağa hazırdır. Amma ölkəmizi Konfrans Liqasında təmsil edəcək klub hələ ki onunla bağlı yekun qərarını verməyib.

Braziliyalı son olaraq “Arda”(Bolqarıstan) klubunun formasını geyinib. O, həmçinin “Denver”, “Kolorado”, “Şarlotte”, “Neftçi” klublarında oynayıb.

Xəbər xətti