Mbappe və Kroosdan sonra Bellingem

11:28 - 6 İyul 2026

Cud Bellingem dünya çempionatları tarixinə öz adını yazdırıb/

Sportal.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi turnir tarixində ən sürətli dubllardan birinə imza atıb.

Bellingem ​DÇ-2026-nın 1/8 final mərhələsində Meksika millisinə qarşı keçirilən oyunda 1 dəqiqə 38 saniyə ərzində iki dəfə fərqlənib. Bu nəticə dünya çempionatları tarixində dubl üçün qeydə alınan üçüncü ən sürətli göstəricidir.

​Daha sürətli nailiyyətlər yalnız iki futbolçuya məxsusdur:

​Toni Kroos - 1 dəqiqə 10 saniyə (Braziliyaya qarşı, DÇ-2014);
​Kilian Mbappe - 1 dəqiqə 35 saniyə (Argentinaya qarşı, DÇ-2022);
​Cud Bellingem - 1 dəqiqə 38 saniyə (Meksikaya qarşı, DÇ-2026).

Xəbər xətti