"Neftçi" "Partizan"a qarşı

11:46 - 6 İyul 2026

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv "Partizan"la (Serbiya) üz-üzə gələcək. Qarşılaşma bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" Sloveniya toplanışı çərçivəsində ilk hazırlıq matçını ÇFR-ə qarşı keçirib. Görüş Rumıniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yeekunlaşıb.

Xəbər xətti