"Monako"nun yeni baş məşqçisi bəlli oldu

17:36 - 6 İyul 2026

Fransanın "Monako" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisini Filipe Luis çalışdıracaq. Bu barədıə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı braziliyalı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Filipe Luisin son iş yeri ölkəsində "Flamenqo" olub.

Xəbər xətti