Olise üçün 220 milyon avroluq təklif göndəriləcək

17:57 - 6 İyul 2026

"Real" "Bavariya"da çıxış edən Maykl Oliseni transfer etməkdə israrlıdır.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi fransalı vingeri bu yay heyətinə qatmağa çalışacaq. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Kral klubu" 25 yaşlı futbolu üçün Almaniya çempionuna 220 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Bavariya" Maykl Oliseni 2024-cü ilin yayında "Kristal Pelas"dan 53 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 22 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti