Azərbaycanda iki dəfə çempion olmuş klub satışa çıxarıldı - SON DƏQİQƏ

18:11 - 6 İyul 2026

Hazırda Azərbaycanda daha bir klub satışa çıxarılıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, II Liqada mübarizə aparan "Şəmkir" yeni himayədar axtarışındadır.

Belə vəziyyətin yaranmasına səbəb maliyyə ehtyacıdır.

Üç ildir yarımpeşəkar çempionatda qüvvəsini sınayan "qırmızı-ağlar" maddi problemlərlə iç-içədir. Əvvəlki illərdən fərqli olaraq, yerli iş adamları komandaya dəstək vermir.

Rayonda və Rusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən biznesmenlərə çoxsaylı müraciətlər edilib, nəticə isə yoxdur. Birlik və bərabərlik nümayiş etdirmirlər.

İndi 150 min manat ödəmək istəyən olsa, "Şəmkir"i öz adına özəlləşdirə bilər.

Vaxtilə iki dəfə Azərbaycan çempionu tituluna yiyələnmiş, Çempionlar Liqasında mərhələ adlayan ilk klubumuz kimi adını tarixə yazdırmış qərb təmsilçisini alan olmasa, növbəti sezonda iddiasız bir şəkildə fəaliyyət göstərəcək.

Çox təəssüf ki, son vaxtlar bu tendensiya geniş yayılıb. "Araz Saatlı", "Mingəçevir" və "Cəbrayıl" analoji durumdadır.

Xəbər xətti