"İnter" Anan Xalaili üçün ilk rəsmi təklifini edib.
Sportal.az xəbər verir ki, Milan klubu 21 yaşlı futbolçunun keçidi üçün "Yunion Sent-Gilloise"yə 20 milyon avro təklif edib. Məlumata görə, Belçika təmsilçisi isə oyunçudan 30 milyon avro qazanmaq istəyir.
Xatırladaq ki, Xalaili 2025/26 mövsümündə Belçika çempionatında 38 matçda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
