İspaniya millisinin keçmiş müdafiəçisi Jerar Pike bu gün DÇ-2026-nın İspaniya və Argentina arasında keçiriləcək final görüşü haqda gözləntilərini bölüşüb.
Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, veteran futbolçu millisinin şanslarından bəhs edib:
"Futbolda həmişə ən yaxşı hesab edilən komanda qalib gəlmir. Amma komanda oyunundan danışırıqsa, İspaniya mundialın ən yaxşısıdır. Onlar da Argentina kimi finala haqlı şəkildə çıxdılar. Bizim üçün bu, emblemdə ikinci ulduz qazanmaq şansıdır".
2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilib. Argentina hazırkı dünya çempionudur.
