Almaniya millisinin keçmiş yarımmüdafiəçisi Toni Kroos İspaniya və Argentina arasında keçiriləcək Dünya Kubokunun finalı haqqında danışıb.
Sportal.az xəbər verir ki, “Real”ın sabiq üzvü ispanları favorit hesab edir:
"İspaniya xüsusilə üstünlük qazandıqda təhlükəlidir. Lakin Argentinanı qiymətləndirməmək olmaz. Məncə, onların heyəti Almaniyadan üstün deyil. Amma inanılmaz xarakterə sahibdirlər, bu da onların əsas "silah"ıdır. Bundan əlavə, komandada Lionel Messi var və o, yenidən komandanı finala çıxardı".
Qeyd edək ki, DÇ-2026-nın finalı İspaniya və Argentina arasında bu gün keçiriləcək və görüşə 23:00-da start veriləcək.
saytlarin hazirlanmasi
