"Bavariya" müdafiəçi Konrad Laymerin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artırıb.
Sportal.az xəbər verir ki, bu barədə Almaniya çempionunun mətbuat xidməti məlumat yayıb.
Avstriya millisinin üzvü ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Konrad Laymer 2023-cü ilin yayından "Bavariya"da çıxış edir. 29 yaşlı sağ cinah müdafiəsi 2025/26 mövsümündə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 3 qol və 13 məhduldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
