“Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov Sportal.az saytına açıqlama verib. O, komandasının Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “KuPS”a(1:0) qarşı keçirilmiş matçı haqda danışıb:
“Yaxşı rəqibə qarşı oynadıq. Düşünürəm ki, yaxşı da futbol nümayiş etdirdik. Təəssüf ki, kifayət qədər qol vura bilmədik. Çoxlu qol şansımız oldu və birdən çox qol vurmalı idik. Hətta matçın nəticəsini də müəyyən edə bilərdik. Qol vurmalı olduğumuz epizodlar çox idi. Bu vəziyyətdə dəqiqlik çatmadı və şansımız da gətirmədi. Cavab oyununda yenidən qalib gəlmək və irəliləmək üçün hər şeyi edəcəyik. Sadəcə cavab görüşündə bizi süni meydança və çətin oyun gözləyir. Buna şübhəmiz yoxdur, ona görə də buna uyğun hazırlaşacağıq”.
Azərbaycan çempionu Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə adlayarsa, “Orxus” – “Lex” cütünün qalibi ilə qarşılaşacaq. Daşdəmirov bu məsələ haqda isə bunları deyib: “Bura Çempionlar Liqasıdır. Asan oyun olmur. Amma bizim əsas diqqətimiz “KuPS”a qarşı Finlandiyada keçiriləcək cavab matçına yönəlib. Daha sonra gələcək haqqında düşünəcəyik”.
Mirbağırağa
