"Azərbaycan Premyer Liqasındakı bir neç klub mənimlə əlaqə saxlamışdı" - Rusiya klubunun yeni transferi

13:32 - 22 İyul 2026

"Bir neçə başqa seçimim var idi, amma “Pari NN” klubundan təlim-məşq toplanışına gəlmək təklifi aldım. Mənim stilim məşqçilər heyətinin yanaşmasına, üstəgəl klubun RPL-ə qayıtmaq məqsədinə, infrastrukturuna və tarixinə uyğundur. Bu, böyük bir klubdur. Əlbəttə ki, əsas məqsəd Premyer Liqaya geri qayıtmaqdır. Ehtiyac duyduğumuz hər şeyə sahibik. Əminəm ki, qayıtmaq üçün yaxşı şansımız var. Bu, asan olmayacaq, amma ora çatacağıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında ötən mövsüm Premyer Liqada mübarizə aparan, bu mövsüm isə birinci liqada çıxış edən “Pari NN” klubunun yeni transferi azərbaycanlı qapıçısı İslam İmamov deyib.

Bir ara adı "Sabah"a hallanan İmamov Azərbaycan klublarından birinə keçmək ehtimalından bəhs edib. O, bununla yanaşı, Azərbaycan millisinə cəlb olunmaq şanslarını da dəyərləndirib:

"Mətbuatda "Sabah"ın mənimlə maraqlanması haqda oxumuşdum. “Sabah" ölkə çempionudur. Azərbaycan Premyer Liqasındakı bir neçə klub mənimlə əlaqə saxlamışdı. Amma konkret nəticə əldə olunmadı. Hazırda yalnız "Pari NN"in oyunları və məqsədləri haqqında düşünürəm. Əgər bu klubda oynamaq milli komandanın məni sentyabr təlim-məşq toplanışına dəvət etməsinə səbəb olarsa, özümü xoşbəxt hiss edərəm".

Mirbağırağa
 

Xəbər xətti