"Mançester Siti" hücum xəttini gücləndirmək üçün "Çelsi"nin cinah oyunçusu Pedro Netonu namizədlərdən biri kimi nəzərdən keçirir.
Sportal.az xəbər verir ki, “Mançester Siti” Neto ilə hələ onun "Vulverhempton"dan “Çelsi”yə transferindən əvvəl də maraqlanırdı. “Şəhərlilər”in baş məşqçisi Enzo Mareska portuqaliyalı futbolçunu London klubunda birlikdə işlədiyi dövrdən yaxşı tanıyır.
Klubda Neto, yay transfer pəncərəsində Savinyonun "Tottenhem"ə keçəcəyi təqdirdə onun əvəzedicisi kimi qiymətləndirilir.
Pedro Neto ötən mövsüm İngiltərə Premyer Liqasında 34 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
