“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev Çempionlar Liqasının təsnifat mərhələsinin “KuPS”a qarşı (2:0, ilk oyun 1:0) cavab görüşündən sonra klubun mətbuat xidmətinə danışıb.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun aparıcı futbolçusu komandasının uğurlu çıxışından bəhs edib:
"Çətin oyun idi. İlk hissə daha çox uyğunlaşma dövrü idi. Oyuna girirdik, süni örtüyə uyğunlaşırdıq. Buna görə də ən yaxşı formamızı göstərə bilmədik. Baş məşqçi fasilədə bizə bəzi təlimatlar verdi. Özümüzü toparladıq və ən yaxşı oyunumuzu oynamağa başladıq. Şanslarımızdan istifadə etdik. Avrokuboklarda əsas mərhələyə vəsiqə qazanmaq kimi minimum məqsədə çatdıq. Klubun tarixində yeni bir fəsil yazdıq. Amma təkcə bununla kifayətlənməyəcəyik; davam edəcəyik".
saytlarin hazirlanmasi
