"Atalanta"nın müdafiəçisi Corco Skalvini karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Tottenhem" və "Nyukasl" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.
A Seriyası klubu 22 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, Cocro Skalvini "Atalanta"nın yetirməsidir. İtaliya millisinin üzvü 2025/26 mövsümündə Berqamo təmsilçisinin heyətində 30 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
