"Qalatasaray"ın futbolçusu üçün 40 milyon avroluq təklif

14:41 - 1 Avqust 2026

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Everton" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi 25 yaşlı ön xətt oyunçusu üçün Türkiyə çempionuna 40 milyon avroluq təklfi göndərib.

Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Türkiyə millisinin üzvü 2025/26 mövsümündə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 49 rəsmi matçda 12 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti